AZE | RUS | ENG |

İtalyanlar ruslarla Moskvada da dalaşdılar

İtalyanlar ruslarla Moskvada da dalaşdılar
Çempionlar Liqasında keçirilən ÇSKA-"Roma” görüşündən əvvəl insident yaşanıb. 
 
Kaspi.az xəbər verir ki, komandaların azarkeşləri arasında dava-dalaş baş verib. İnsident Moskvanın mərkəzində - Vorontsov  çölü küçəsində yaşanıb. 
 
Davada hər iki tərəfdən təxminən 50 azarkeş iştirak edib. Polisin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. 
 
Onu da qeyd edək ki, bu komandalar arasında İtaliyada keçirilən oyunda da azarkeşlər arasında dava düşmüşdü. Həmin qarşılaşmadan əvvəl "Roma”nın ultras qrupu rusiyalı fanatlara hücum etmişdilər. 
 
"Roma” Moskvada ÇSKA-ya 2:1 hesabı ilə qalib gəlib. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN