• çərşənbə axşamı, 23 aprel, 22:25
  • Baku Bakı 20°C

İtalyanlar Rusiyada otel də bron edibmişlər

17.11.17 13:20 2254
İtalyanlar Rusiyada otel də bron edibmişlər
İtaliya Futbol Federasiyası yığmanın pley-off qarşılaşmasında İsveçə qalib gələcəyinə əmin imiş.
Kaspi.az xəbər verir ki, federasiya Rusiyada keçiriləcək mundial zamanı yığmanın məskunlaşması üçün otel də bron edibmiş. İndi isə bron yerlərin Danimarka yığmasına satılmasına çalışırlar.
Ancaq Danimarka tərəfi həmin oteldə qalmağı planlaşdırmır. Danimarka Futbol Federasiyasının baş direktoru Klaus Bretton-Mayer bildirib ki, onlar İtaliyanın bronlaşdırdığı yerləri almağı planlaşdırmırlar. O, italyanlarla danimarkalıların istifadə etdikləri otellər arasında kəskin fərq olduğunu, bu otelin onlara uyğun gəlmədiyini deyib.
banner

Oxşar Xəbərlər