• cümə axşamı, 28 mart, 21:16
  • Baku Bakı 13°C

İtalyanlar da başlayırlar, amma...

29.05.20 11:57 736
İtalyanlar da başlayırlar, amma...
Koronavirusa görə yarımçıq dayandırılan İtaliya A seriyası davam etdiriləcək.
Kaspi.az xəbər verir ki, A seriyası iyunun 20-də bərpa olunacaq. Bu barədə İtaliyanın idman naziri Vinçentsa Spadafora məlumat verib.
O, ümid etdiyini bildirib ki, kubok oyunları daha tez- iyunun 13-də başlaya bilər. Amma bunun üçün baş nazir qərar verməlidir. Çünki baş nazir Cüzeppe Konte ölkədə bütün idman yarışlarının iyunun 14-nə qədər təxirə salınması barədə qərar imzalayıb.
Ancaq o da bildirilir ki, əgər hər hansı bir futbolçuda koronavirus tapılarsa, onda bütün komanda 14 gün özünütəcrid rejiminə keçəcək.
banner

Oxşar Xəbərlər