• cümə, 19 Aprel, 10:16
  • Baku Bakı 13°C

İtalyan deyir ki, ingilislər dayanırlar

08.04.20 15:23 732
İtalyan deyir ki, ingilislər dayanırlar
İngiltərə Premyer Liqası mövsüm başa çatdırılmadan dayandırıla bilər.
Kaspi.az xəbər verir ki, Premyer Liqa rəhbərliyi bu məsələni müzakirə edib və qərarın qəbul edilməsi ehtimalı yüksəkdir. Bu barədə "Udineze”nin idman direktoru Perpaolo Marino məlumat verib:
"Artıq Belçikda belə qərar verilib. Məndə olan məlumata görə, İngiltərədə də bu addımı atmağa hazırlaşırlar. Ona görə ki, İngiltərədə koronavirusa görə durum getdikcə gərginləşir. Vəziyyət çox ciddidir.
Ümid edirəm ki, biz yenə də futboldan zövq alacağıq. Amma hazırda cari mövsümə görə yox, yeni mövsümə görə narahatam”.
Qeyd edək ki, İtaliyanın "Uduineze” və İngiltərənin "Uotford” klubları Potso ailəsinə məxsusdur.
banner

Oxşar Xəbərlər