• çərşənbə axşamı, 19 mart, 08:52
  • Baku Bakı 8°C

İtalyan azarkeşi öldürən portuqal təslim oldu

28.04.17 13:45 1137
İtalyan azarkeşi öldürən portuqal təslim oldu
Lissabon derbisində - "Benfika” - "Sportinq” oyununda italyan azarkeş öldürülmüşdü.
41 yaşlı Marko Fiçini "Fiorentina” azarkeşi idi. "Fiorentina” ilə "Sportinq” arasında dostluq münasibətləri olduğu üçün bir qrup italyan fanat derbidə "Sportinq”ə azarkeşlik etmək üçün Lissabona gəlmişdi.
"Benfika” azarkeşlərindən biri avtomobili Markonun üstünə sürmüş və fanat həlak olmuşdu. Kaspi.az xəbər verir ki, Markonu öldürən azarkeş polisə təslim olub. O, öz vəkili ilə birgə polis bölməsinə gələrək, günahını etiraf edib.
banner

Oxşar Xəbərlər