• cümə, 19 Aprel, 17:08
  • Baku Bakı 25°C

İtaliyanın məşhur “FEM” jurnalı Azərbaycanın turizm potensialından bəhs edib

28.05.16 10:23 969
İtaliyanın məşhur “FEM” jurnalı Azərbaycanın turizm potensialından bəhs edib
İtaliyanın məşhur "FEM” jurnalında jurnalist Lukretsiya Ferrante "Bakı, gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər” adlı məqaləsi dərc edilib.

Azərbaycanın İtaliyadakı səfirliyindənAPA-ya verilən məlumata görə, məqalədə müəllif ölkəmiz haqqında, onun mədəniyyəti, ədəbiyyatı, mətbəxi, yerləşdiyi coğrafiya, tarixi, iqtisadi inkişafı və potensialı barədə məlumat verərək, Bakının və ümumiyyətlə, Azərbaycanın turizm imkanlarından danışıb.

Müəllif ölkədə yaradılmış turizm infrastrukturu, bu imkanların tanıdılması məqsədilə Birinci Avropa Oyunları və Milan EXPO-dakı pavilyonumuzun yüksək səviyyədə təşkil olunduğunu və yaxın günlərdə Formula 1 Avropa Qran Prisinin paytaxtımızda keçirilməsinin növbəti əlamətdar hadisə olacağını qeyd edib. Daha sonra Bakının memarlığından bəhs edərək, onun Şərqlə-Qərbin, keçmişlə-müasirliyin zövqlü qarışığı olmasına toxunur, Qız Qalası, Şirvanşahlar sarayı,Heydər Əliyev Mərkəzi, Flame Towers, Bayraq Meydanı və digər memarlıq cəhətdən əhəmiyyəti olan yerlər barədə məlumat verib. L. Ferrante məqaləsində ölkəmizin regionlarının turizm imkanlarına da yer verən müəllif, italyan turistlərə "Şahdağ” və "Tufandağ” dağ-xizək kompleksləri, Quba, Qəbələ, Gəncə və Şəki rayonlarında yaradılmış turizm infrastrukturu və imkanlarından danışır, bu yerləri ziyarət etməyi tövsiyə edib.

Sonda müəllif Azərbaycan-İtaliya əlaqələrindən bəhs edərək, onun yüksək səviyyədə olduğunu vurğulayıb, münasibətlərin iki ölkə arasında hərtərəfli əməkdaşlığı əhatə edən, Azərbaycan prezidenti İlham Əliyevin 13-15 iyul 2014-cü il tarixlərində İtaliyaya rəsmi səfəri zamanı İtaliya baş naziriMatteo Renziilə birgə qəbul edilmiş "Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji əməkdaşlıq haqqında Bəyannamə”yə əsaslandığını bildirib.
banner

Oxşar Xəbərlər