İtaliyanın maliyyə vəziyyəti iqtisadiyyatın risk amillərindən biridir
Beynəlxalq Valyuta Fondunun "Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı məruzəsində İtaliyanın maliyyə vəziyyətinin dünya iqtisadiyyatının əsas risk amillərindən biri olduğu bildirilir.
AZƏRTACANSA agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Valyuta Fondu 2019-cu ildə İtaliya üçün ÜDM-in artımını 0,6 faiz proqnozlaşdırıb. 2020-ci il üçün artım proqnozu isə 0,9 faizdir.