İtaliyan mətbəxinin əsl dadını duymaq istəyirsinizsə...

İtaliyan mətbəxinin əsl dadını duymaq istəyirsinizsə...

Mədəniyyət
13 Noyabr 2019, 15:03 380
18-24 noyabr 2019-cu il tarixlərində Bakıda "Dünyada İtalyan mətbəxi”nin IV Həftəsi keçiriləcək. Mövzusu «Qida təlimi: Dad mədəniyyəti»dir olan Həftənin dünya üzrə keçirilməsinin təşəbbüsü İtaliya hökumətinə məxsusdur. Məqsəd keyfiyyətli İtalyan mətbəxinin və İtalyan qida məhsullarının dünyada tanıdılmasıdır. Bu, getdikcə daha da genişlənərək "Made in İtaly” üçün vacib bir hadisəyə çevrilməkdədir.
"Dünyada İtaliya Mətbəxi” Həftəsinin Bakıda keçiriləcək günləri ilə bağlı təşkil olunan mətbuat konfransında İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari bildirdi ki, Həftə ərzində İtaliyanın diplomatik-konsulluq şəbəkəsi, İtaliyanın mədəniyyət institutları və İtaliya Ticarət Agentliyinin ofisləri dünyada çox sayda tədbir təşkil etmək niyyətindədirlər: "Dünyada İtaliya mətbəxi həftəsi hər il təşkil olunan və İtalyan mətbəx və qida-şərab nümunələrinin İtalyan mədəniyyətinin və kimliyin bir əlaməti olaraq tanıdılmasında böyük rol oynayan bir təşəbbüsdür. Bu təşəbbüs, İtaliyanın aqrar-qida sənayesini və İtalyanın şəxsiyyəti və mədəniyyətində əsas olan yüksək keyfiyyətli qida və şərab ənənələrini tanıtmaq məqsədi daşıyır. Dünyadakı İtalyan Mədəniyyət Qurumları və İtalyanın Ticarət Agentlikliklərinin dəstəyi ilə diplomatik və konsulluq şəbəkəsi tərəfindən dünyada mindən çox tədbir keçiriləcəkdir”. Səfir belə bir tədbirin artıq ənənəvi olaraq Bakıda da keçirilməsindən məmnunluq duyduğunu söylədi: "Biz burda olmağımıza və mətbəximizi Bakıda təqdim etməyimizə görə çox məmnunuq. Çox zəngin proqramımız var. Həftədə İtaliya ilə Azərbaycan arasında yeni körpülər quracaq: Azərbaycanın ən yaxşı məhsulları İtaliyanın mətbəx ənənələrini zənginləşdirəcək, xüsusi tədbirlər dövlət siyasəti sahəsindəki ümumi problemləri və həll yollarını işıqlandıracaq. Expo Milano 2015-in nailiyyətlərinə əsaslanaraq qida təhlükəsizliyi, kənd təsərrüfatı ilə davamlılıq arasındakı əlaqə, sağlam qida mədəniyyətinin həyati əhəmiyyəti və ixtisaslaşmış məhsullar və yüksək keyfiyyətli dəyər zəncirləri ilə yerli iqtisadiyyatları gücləndirmək kimi qlobal mövzulara toxunacağıq”.
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova  "Bu cür tədbirlər Kənd təsərrüfatı Nazirliyi olaraq bizim üçün qürurvericidir” deyə qeyd etdi: "İnanırıq ki, belə tədbirlər ölkələrimiz arasında münasibətlərin daha da sıxlaşmasına kömək edəcək. Bu hələ bizim ilk əməkdaşlığımızdır. Eyni zamanda, aqrar turizm sahəsində də əməkdaşlıq edəcəyik. Çünki İtaliyanın aqrar ölkə kimi qədim ənənəsi var və bu ölkə bizim üçün yaxşı nümunədir. İnanırıq ki, gələcəkdə Azərbaycanda İtalyan mətbəxinin təmsilçilərinin sayı daha çox olacaq. Bu, bizim gənclər üçün də yaxşı nümunə olar. Baxmayaraq ki, Azərbaycanın özünün də qədim mətbəx mədəniyyəti var. Ancaq düşünürəm ki, mütəmadi olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərin sayı bu sahədə yeniliyə səbəb olacaq».
Qeyd edək ki, Həftə çərçivəsində seminarlar və konfranslar, aşpazlarla görüşlər və aşpazlıq kursları, dequstasiyalar və şam yeməkləri, biznesin təşviqi fəaliyyətləri, İtalyan mətbəxi, filmlər, konsertlər və foto sərgilər ilə təsvir ediləcək. Bundan əlavə Expo Milano 2015 çərçivəsində gündəmdə olan qida və ətraf mühitin qorunması, sağlam qida mədəniyyəti, qida təhlükəsizliyi, qida hüququ, qida təlimi, ərazilərin xüsusiyyətləri və biomüxtəliflik kimi böyük aktuallıq kəsb edən mövzulara da toxunulacaq.
Azərbaycanlı mütəxəssislər, siyasətçilər və yeməksevərlər ən tanınmış italyan aşpazlarının işlərini və ölkəmizin ən məşhur markalarının məhsullarını tanıya və onlardan zövq ala biləcəklər. Moda nümayişi və musiqi, Bakıda İtalyan mətbəxi həftəsini bu günə qədər Azərbaycanda təşkil edilən İtalyan həyat tərzindəki ən sensasiyalı hadisəyə çevirərək, mənzərəni tamamlayacaqdır. Yeməklərdən zövq alın və əylənin!
 
Təranə Məhərrəmova