• cümə, 26 Aprel, 07:13
  • Baku Bakı 12°C

İtaliyalı tədiqatçı: "İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Alto Adice modelini təklif edə bilər"

17.01.18 16:00 931
İtaliyalı tədiqatçı: "İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Alto Adice modelini təklif edə bilər"
"İtaliyanınATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri Ermənistanla Azərbaycan arasında uzun illər davam edənDağlıq Qarabağmünaqişəsidir".
APA-nın məlumatına görə, bu barədə İtaliyanın "İl Giornale” qəzetində "Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu "İtaliyaATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqaləsində qeyd olunur.
Müəllif məqaləsində münaqişənin tarixi barədə danışaraq onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, tarixən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı erməni icmasının bölgənin Ermənistana verilməsi iddiası ilə çıxış etdiyini, bunun Ermənistan tərəfindən dəstəkləndiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini, həqiqi mənada əsl "etnik təmizləmə” həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin saldığını, Avropanın isə buna çarəsiz şəkildə şahidlik etdiyini bildirir.
Müəllif yazır ki, Minsk qrupunun üzvü olan İtaliya vaxtilə bu qrupun ilk sədri kimi Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb vəBMTTəhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını nəzərdə tutan təcili tədbirlər haqqında vaxt cədvəlini hazırlayıb, təəssüf ki, bu təkliflə məhəl qoyulmayıb. Bu təcrübədən irəli gələrək, İtaliyanın özünün Alto Adice modelini təklif etməklə, münaqişənin həllinə töhfə verə biləcəyini söyləyən müəllif bu həllin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması və paralel olaraq Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa beynəlxalq zəmanətlə erməni azlığının təhlükəsizliyinə təminat verən geniş muxtariyyətin verilməsindən ibarət ola biləcəyini yazır.
Bu səbəblərdən müəllif RomanınATƏT-ə sədrliyinin çoxlu gözləntilər və perspektivlər doğurduğunu vurğulayır.
banner

Oxşar Xəbərlər