• cümə, 29 Mart, 16:35
  • Baku Bakı 14°C

İtaliyalı pianoçu Bakıda konsert verəcək

20.08.19 13:30 9013
İtaliyalı pianoçu Bakıda konsert verəcək
Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində "Fortepiano musiqisi axşamı” adlı tədbir keçiriləcək.
AZƏRTACxəbər verir ki, gecədə italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcək.
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq konsertdə dünya şöhrətli bəstəkarlar L.V.Bethovenin № 21 "Avrora” sonatası, F.Listin "Apres une lecture du Dante” fantasiya-sonatası, S.Prokofyevin 6 saylı Sonatası səslənəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
banner

Oxşar Xəbərlər