• cümə axşamı, 25 aprel, 18:40
  • Baku Bakı 21°C

İtaliyalı gənclər cəmi 2 avroya “La Skala”da tamaşaya baxa biləcəklər

24.09.18 10:00 509
İtaliyalı gənclər cəmi 2 avroya “La Skala”da tamaşaya baxa biləcəklər
Növbəti mövsümdən etibarən 18-25 yaşlı italyan gənclər cəmi 2 avro ödəməklə Milanın dünya şöhrətli "La Skala” opera teatrında tamaşa izləyə biləcəklər.
AZƏRTACxəbər verir ki, bunu İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Alberto Bonizoli "La Skala” opera teatrın bədii rəhbəri Aleksandr Pereyra ilə görüşdən sonra açıqlamasında bildirib.
"Bu təşəbbüs tərəddüd içərisində olan gənc nəslin doğru yola çəkilməsi üçün irəli sürülüb. Belə ki, bir çox gənclər hesab edirlər ki, teatra getmək artıq çoxdan dəbdən düşüb və həmyaşıdları qarşısında utandıqları üçün mədəniyyət tədbirlərinə belə qatılmırlar”, – deyə mədəniyyət naziri Alberto Bonizoli söyləyib.
Nazir qeyd edib ki, bu təkliflər hökumət tərəfindən İtaliyanın digər 14 opera teatrına təqdim edilib və onların hamısı qəbul olunub.
banner

Oxşar Xəbərlər