• cümə, 29 Mart, 18:23
  • Baku Bakı 14°C

İtaliyalı futbolçu A seriyasının oyununda səkkiz dəqiqə ərzində het-trik edib

06.03.17 10:45 1247
İtaliyalı futbolçu A seriyasının oyununda səkkiz dəqiqə ərzində het-trik edib
"Torino" komandasının və İtaliya yığmasının hücumçusu Andrea Belotti - A seriyasının 27-cü turunun "Palermo" ilə matçında, 7 dəqiqə 15 saniyə ərzində üç qol vurub.
"Report" xəbər verir ki, oyunun videogörüntüləri "Youtube"un "Torino FC Official"a məxsus rəsmi kanalında yerləşdirilib.
Əvvəlcə futbolçu künc zərbəsindən topu başı ilə rəqib komandanın qapısından keçirib. Bundan sonra komandasına daha iki gözəl qol bəxş edib.
Andrea Belotti həmçinin oyunda bir sıra təhlükəli hücumları və komanda yoldaşlarınaməhsuldar ötürmələri ilə də seçilib.
Qeyd edək ki, oyun ötən bazar günü, martın 5-də Turində keçirilib. Qarşılaşma 3:1 meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
banner

Oxşar Xəbərlər