AZE | RUS | ENG |

İtaliyalı dirijor Heydər Əliyev Mərkəzində çıxış edib

İtaliyalı dirijor Heydər Əliyev Mərkəzində çıxış edib
Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunub.

Konsertdə Alvize Kazellatinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilər səsləndirilib. Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edib.

Musiqisevərlərin iştirak etdiyi gecədə dünya mədəniyyətinin dühalarından olan Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri səsləndirilib. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və faciə obrazlarını eyni təsir gücü ilə canlandıran hər iki bəstəkarın əsərləri yüz illərdir ki, insanları heyran edir. Dünyada elə bir adam yoxdur ki, bu iki dühanın bəstələdiyi musiqilər onu riqqətə gətirməsin.

Konsert barədə təəssüratlarını bölüşən Alvize Kazellati deyib: "Belə bir peşəkar orkestrlə səhnəni bölüşmək çox xoş oldu. Bizim Bakıda olduğumuz müddətdə birgə gördüyümüz işin nəticəsi qonaqlar tərəfindən müsbət qarşılandı. Tamaşaçıların alqışları bunu bir daha təsdiqlədi. Heydər Əliyev Mərkəzi çox möhtəşəm binadır. Bu cür fərqli memarlıq üslubuna malik binada konsert vermək çox xoş oldu. Çünki bina həm daxildən, həm də xaricdən fantastik binadır. Bu cür gözəl tikilinin İtaliyada olmasını çox arzulayıram. Mən deyərdim ki, Bakı gələcəyi simvolizə edən, eyni zamanda, modern şəhərdir. Şəhəriniz çox xoşuma gəldi".

Qeyd edək ki, Alvize Kazellatinin dirijor kimi debütü C.Rossininin "Sevilya bərbəri” operası ilə olub. O, İtaliyanın ən mühüm teatrlarında və nüfuzlu festivallarında çıxış edir. ABŞ-ın Nyu-York və digər şəhərlərində İtaliya operasının təbliği məqsədilə hər il tədbirlər keçirən "Central Park Summer Concerts” təşkilatının prezidenti və bədii rəhbəridir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000