• cümə, 19 Aprel, 03:14
  • Baku Bakı 18°C

İtaliyada Vezuvi vulkanının virtual sərgisi nümayiş olunur

16.07.19 11:30 18459
İtaliyada Vezuvi vulkanının virtual sərgisi nümayiş olunur
İtaliyada vulkan püskürməsi nəticəsində qədim Roma şəhərlərinin - Pompeyin, Herkulanumun, Stabiyin və Oplontisin lava və kül altında qalaraq məhv olmasından 1940 il sonra ölkənin Erkolano şəhərində yerləşən Virtual Arxeologiya Muzeyində (MAV) "Vezuvi qutuda” adlı sərgi açılıb.
AZƏRTACANSA agentliyinə istinadla xəbər verir ki, multimedialı bədii şou sərgisi Neapol bədii qalereyasını təmsil edən italyan Cennaro Reqina tərəfindən təşkil edilib.
Kurator Luka Beatris sərgiyə gələnlərə 60 metrlik LED video-divarlarda art-instalyasiyaların nümayişi də daxil olmaqla, 22 sənət əsəri vasitəsilə Vezuvi vulkanının püskürməsi hadisəsini danışır. Ziyarətçilər burada Vezuvinin istənilən mənzərəsinə tamaşa edə bilərlər.
Sentyabrın 30-dək davam edəcək "Vezuvi qutuda” sərgisi həftənin bütün günləri (saat 10:00-dan saat 18:30-adək) ziyarətçilərə açıqdır.
banner

Oxşar Xəbərlər