AZE | RUS | ENG |

İtaliyada Vezuvi vulkanının virtual sərgisi nümayiş olunur

İtaliyada Vezuvi vulkanının virtual sərgisi nümayiş olunur
İtaliyada vulkan püskürməsi nəticəsində qədim Roma şəhərlərinin - Pompeyin, Herkulanumun, Stabiyin və Oplontisin lava və kül altında qalaraq məhv olmasından 1940 il sonra ölkənin Erkolano şəhərində yerləşən Virtual Arxeologiya Muzeyində (MAV) "Vezuvi qutuda” adlı sərgi açılıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, multimedialı bədii şou sərgisi Neapol bədii qalereyasını təmsil edən italyan Cennaro Reqina tərəfindən təşkil edilib.
Kurator Luka Beatris sərgiyə gələnlərə 60 metrlik LED video-divarlarda art-instalyasiyaların nümayişi də daxil olmaqla, 22 sənət əsəri vasitəsilə Vezuvi vulkanının püskürməsi hadisəsini danışır. Ziyarətçilər burada Vezuvinin istənilən mənzərəsinə tamaşa edə bilərlər.
Sentyabrın 30-dək davam edəcək "Vezuvi qutuda” sərgisi həftənin bütün günləri (saat 10:00-dan saat 18:30-adək) ziyarətçilərə açıqdır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045