• çərşənbə, 24 Aprel, 16:15
  • Baku Bakı 27°C

İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb

09.02.19 17:00 444
İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
İtaliyada ötən il epidemiya yayılmağa başlayandan indiyə kimi qriplə bağlı 282 ağırlaşma və bundan 52 ölüm halı qeydə alınıb. Ölüm hadisəsinin 13-ü ötən həftə baş verib.
AZƏRTACİtaliyanın "repubblica.it” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Ali Səhiyyə İnstitutunun (ISS) "Influnet” epidemiya müşahidə şəbəkəsi məlumat verib.
Qriplə bağlı ağırlaşma və ölüm hallarının sayında əvvəlki həftələrlə müqayisədə ötən həftə artım baş verdiyi bildirilib. Qeyd edilib ki, qripə yoluxma halları həftə ərzində maksimum həddə - 832 minə çatıb.
ISS–nin məlumatına əsasən, qeydə alınan qriplə bağlı ağırlaşma hallarının təxminən 80%-i, ölüm hallarının isə 85%-i daha əvvəl mövcud olan xroniki xəstəliklə əlaqəli olub.
banner

Oxşar Xəbərlər