• cümə axşamı, 25 aprel, 20:46
  • Baku Bakı 21°C

İtaliyada matəm günü elan olunacaq

16.08.18 12:00 541
İtaliyada matəm günü elan olunacaq
Genuyada körpünün uçması ilə əlaqədar baş verən insan itkisi ilə bağlı İtaliyada matəm günü elan olunması barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə İtaliyanın Baş naziri Cüzeppe Konte bəyan edib.
Ötən gün Genuyada ölkənin Nazirlər Kabinetiin fövqəladə iclası keçirilib. Onların daha bir qərarı isə Liquriya vilyatində 1 illik fövqəladə rejim müəyyən etmək olub.
Qeyd edək ki, avqustun 14-də İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 35 nəfər həlak olub, azı 10 nəfər itkin düşüb, 13 nəfər yaralanıb.
Avqustun 16-sı İtaliyanın və Avropa İttifaqının bayraqları endiriləcək, bütün əyləncəli tədbirlər ləğv olunacaq.
banner

Oxşar Xəbərlər