AZE | RUS | ENG |

İtaliyada irqçiliyə görə matçların dayandırılması proseduru sadələşdiriləcək

İtaliyada irqçiliyə görə matçların dayandırılması proseduru sadələşdiriləcək
İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina bildirib ki, irqçilik hallarına görə matçların dayandırılması proseduru sadələşdiriləcək. Ölkənin daxili işlər naziri Matteo Salvini isə daha əvvəl bildirib ki, oyunların dayandırılması ideyasını "təhlükəli fikir” hesab edir.
AZƏRTAC xəbər verir ki, Q.Qravina deyib: "Mən nazirin rəyinə hörmətlə yanaşıram, lakin federasiya FIFA və UEFA-nın reqlamentlərinə riayət etməlidir. Biz İcraiyyə Komitəsinin növbəti iclasında matçların dayandırılması prosedurunu sadələşdirmək niyyətindəyik”.
"La Gazzetta dello Sport” nəşri Q.Qravinanın bu sözlərini sitat gətirib: "Diktor stadionda müvafiq elanı edəndən sonra matç müvəqqəti dayandırılacaq, oyunçular isə mərkəzi dairəyə toplaşacaqlar. Əgər tamaşaçıların hay-küyü davam etsə, komanda soyunub-geyinmə otağına yollanacaq. Matçın davam etməsi və ya dayandırılması barədə qərar stadionun təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qəbul ediləcək”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916