• cümə axşamı, 18 aprel, 23:56
  • Baku Bakı 21°C

İtaliyada federasiya prezidentini seçə bilmirlər

30.01.18 13:25 725
İtaliyada federasiya prezidentini seçə bilmirlər
Yanvarın 29-da İtaliya Futbol Federasiyasında prezident seçkiləri keçirilib.
Kaspi.az xəbər verir ki, prezident postuna 3 namizəd olub. Amma namizədlərin heç biri qalib gələ bilməyib. Seçkidə İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiana Tomazzi, İtaliyanın 3-cü liqasının başçısı Qabriel Qravin və həvəskarlar liqasının prezidenti Kazimo Sibilya mübarizə aparıblar.
Tomazzi səsvermənin 3-cü turundan sonra mübarizədən çəkilib. Digər iki namizəd 4-cü turda da lazım olan səsi toplaya bilməyib.
Məlumata görə, İtaliya Olimpiya Komitəsi prezident postuna əlahiddə komissar təyin edəcək. Qeyd edək ki, İtaliya yığması DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilmədikdən sonra Karlo Tavekkio federasiya prezidenti postundan istefa vermişdi.
banner

Oxşar Xəbərlər