• cümə, 29 Mart, 10:35
  • Baku Bakı 5°C

İtaliyada birinci Azərbaycan kinofestivalı keçiriləcək

17.06.17 11:45 1765
İtaliyada birinci Azərbaycan kinofestivalı keçiriləcək
İyunun 22-24–də Romanın "Villa Borghese” parkındakı tarixi "Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.
Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), "Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, "AGI” informasiya agentliyinin, "Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunacaq.
Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.
banner

Oxşar Xəbərlər