• cümə axşamı, 28 mart, 20:01
  • Baku Bakı 13°C

İtaliya və Azərbaycan çox yaxın dost, tərəfdaş ölkələrdir

19.07.18 15:00 2231
İtaliya və Azərbaycan çox yaxın dost, tərəfdaş ölkələrdir
İtaliya və Azərbaycan çox yaxın dost, tərəfdaş ölkələrdir.
Trend-in məlumatına görə, bunu İtaliya Prezidenti Sercio Mattarella ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda iştirak edən Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Xanımlar və cənablar. Bir daha, hörmətli cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, xoş gəlmişsiniz deyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır.
Dünən keçirdiyimiz görüşdə apardığımız müzakirələr zamanı bir daha gördük ki, İtaliya və Azərbaycan çox yaxın dost, tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlıqlarını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul edilmişdir.
Sizin Azərbaycana səfəriniz bir daha bizim strateji tərəfdaşlıq əlaqələrimizi təsdiqləyir. Dünən bir çox məsələlər ətrafında çox açıq, səmimi fikir mübadiləsi aparılmışdır. Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir".
banner

Oxşar Xəbərlər