• şənbə, 20 Aprel, 06:14
  • Baku Bakı 14°C

İtaliya Senatı parlamentdə deputatların sayının azaldılmasını dəstəkləyib

14.07.19 12:15 13886
İtaliya Senatı parlamentdə deputatların sayının azaldılmasını dəstəkləyib
İtaliya Senatı parlamentin hər iki palatasında deputatların sayının azaldılması haqqında təqdim olunmuş Konstitusiya islahatı layihəsini dəstəkləyib.
AZƏRTACANSA agentliyinə istinadla xəbər verir ki, sənədin lehinə 180 senator, əleyhinə isə 50 senator səs verib. Bitərəf qalan olmayıb.
Bildirilir ki, qanun layihəsi yekun təsdiq üçün Aşağı Palataya göndərilib. Sənəd hər bir palatanın üçdə ikisinin razılığını qazanmalıdır, əks təqdirdə referenduma çıxarılacaq.
Qanun layihəsi təsdiqlənərsə Aşağı Palatanın deputatlarının və senatorlarının sayı 345-ədək azalacaq.
banner

Oxşar Xəbərlər