İtaliya prezidenti və Britaniyanın baş naziri Bakı Forumuna təbrik ünvanlayıblar

İtaliya prezidenti və Britaniyanın baş naziri Bakı Forumuna təbrik ünvanlayıblar

Cəmiyyət
16 Mart 2017, 11:20 231
V Qlobal Bakı Forumunun açılışında İtaliya prezidenti Serjo Mattarella və Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciətləri oxunub. 
 
APA-nın məlumatına görə, İtaliya prezidenti müraciətində mədəniyyətlərarası dialoqun çox vacib olduğunu vurğulayıb. S. Mattarella bu sahədə təşəbbüslərin artırılmasını vacib sayıb və V Qlobal Bakı Forumuna uğurlar arzulayıb. 
 
Böyük Britaniyanın baş naziri Tereza Mey isə müraciətində xatırladıb ki, Qlobal Bakı Forumunu 5-ci dəfədir keçirir: "Azərbaycanla Böyük Britaniyanın diplomatik münasibətlər qurmasının 25 ili tamam olub. Biz Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirik. V Qlobal Bakı Forumuna uğurlar arzulayıram”.