• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

İtaliya prezidenti Azərbaycan prezidentinə təbrik ünvanlayıb

26.05.18 16:55 864
İtaliya prezidenti Azərbaycan prezidentinə təbrik ünvanlayıb
İtaliya prezidenti Sergio Mattarella Azərbaycan prezidentiİlham Əliyevə təbrik ünvanlayıb.
APA-nın xəbərinə görə, təbrikdə deyilir: "Cənab Prezident.
Milli bayramınız - Respublika Günü vəAzərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz uzun müddətdir ki, xalqlarımızın möhkəm və sarsılmaz dostluq əlaqələrinə söykənən, istər rəsmi, istərsə də vətəndaş cəmiyyətləri səviyyəsində mövcud olan məhsuldar əməkdaşlıq yolu ilə irəliləməkdədir. Arzu edirəm ki, bu əməkdaşlıq qarşıdan gələn illərdə daha da güclənsin.
Əminəm ki, rəsmi Bakı və Roma regionun digər ölkələri ilə birgə, sülh şəraitində birgəyaşayış dəyərlərinə hörmətlə, bölgədə sabitliyin və sülhün təmin edilməsi məqsədilə konstruktiv fəaliyyət göstərəcək.
Bu arzularla və Sizinlə tezliklə Bakıda görüşmək ümidi ilə Sizə və Azərbaycan xalqına rifah diləyir, bir daha təbriklərimi çatdırıram".
banner

Oxşar Xəbərlər