• çərşənbə axşamı, 23 aprel, 12:43
  • Baku Bakı 24°C

İtaliya futbolunun islahatlara ehtiyacı var - Pirlo

24.01.18 12:35 870
İtaliya futbolunun islahatlara ehtiyacı var - Pirlo
İtaliya yığmasının sabiq futbolçusu Andrea Pirlo ölkə futbolunun durumu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Pirlo İtaliya futbolunda islahatlara ehtiyac duyulduğunu bildirib. O, gələcək fəaliyyəti ilə bağlı qəti qərar vermədiyini də vurğulayıb:
"İtaliya futbolunun islahatlara, dəyişikliyə ehtiyacı var. DÇ-2018-in seçmə mərhələsindəki uğursuzluqdan sonra bu islahatlara dərhal başlamaq lazımdı.
Bu uğursuzluq islahatların aparılması üçün təkan olmalıdır. İslahatlar daha effektli aparılmalıdır.
Mənim gələcək fəaliyyətimə gəldikdə isə karyeramı yenicə bitirmişəm. Gələcəkdə nə işlə məşğul olduğumu müəyyənləşdirmək üçün mənə vaxt lazımdı. Tələsmək fikrim yoxdur”.
banner

Oxşar Xəbərlər