• şənbə, 20 Aprel, 05:43
  • Baku Bakı 15°C

İtaliya futbolunun əfsanəsi xərçəngə qalib gəldi

27.11.18 10:40 566
İtaliya futbolunun əfsanəsi xərçəngə qalib gəldi
"Yuventus”un və İtaliya yığmasının sabiq futbolçusu Canluka Vialli xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Kaspi.az xəbər verir ki, Viallı bunu hər kəsdən gizlin saxlayıb. O, xəstəliyə qalib gəldikdən sonra bu barədə ictimaiyyətə məlumat verib:
"İndi hər şey qaydasındadır, hər şey yaxşıdır. Bir il keçib və mən yaxşı forma yığmışam. Düzdür, hələ də bu oyunun necə başa çatacağı ilə bağlı məndə qəti əminlik yoxdur.
Bir müddət əvvəl köynəyin altından sviter geyinirdim ki, heç kim heç nə hiss etməsin. Hesab edirəm ki, mənim yaşadıqlarım bu xəstəliklə mübarizə aparan insanlara yeni ruh verəcək.
Biz fikirlərimizin məhsulu sayılırıq. Əsas qələbə deyil, qalib gəlmək haqda düşünməyi bacarmaqdır. Həyatımızın yalnız 10 faizi bizə məxsusdur, qalan 90 faiz üçün mübarizə aparmaq lazımdır”.
Vialli ikiqat İtaliya çempionudur. O, 1995/96 mövsümündə Çempionlar Liqasının da qalibi olub.
banner

Oxşar Xəbərlər