• cümə axşamı, 18 aprel, 23:19
  • Baku Bakı 21°C

İtaliya futbolunu fövqəladə komissar idarə edəcək

02.02.18 14:20 833
İtaliya futbolunu fövqəladə komissar idarə edəcək
İtaliya futbolunu idarə edəcək şəxs bəlli olub.
Kaspi.az xəbər verir ki, İtaliya Milli Olimpiya Komitəsinin baş katibi Roberto Fabrriçini İtaliya Futbol Federasiyasına fövqəladə komissar təyin edilib.
2006-cı ildən bəri ilk dəfə olaraq, İtaliya futboluna fövqəladə komissar rəhbərlik edəcək. Həmin vaxt İtaliya futbolunda yaşanan korrupsiya qalmaqalından sonra bu üsuldan istifadə edilmişdi.
Yanvarın 29-da İtaliya Futbol Federasiyasında prezident seçkiləri keçirilib. Prezident postuna üç namizəd olub. Amma namizədlərin heç biri qalib gələ bilməyib. Seçkidə İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiana Tomazzi, İtaliyanın 3-cü liqasının başçısı Qabriel Qravin və həvəskarlar liqasının prezidenti Kazimo Sibilya mübarizə aparıblar.
Tomazzi səsvermənin 3-cü turundan sonra mübarizədən çəkilib. Digər iki namizəd 4-cü turda da lazım olan səsi toplaya bilməyib.
Qaydalara görə, bundan sonra İtaliya Olimpiya Komitəsi prezident postuna fövqəladə komissar təyin etməlidir.
banner

Oxşar Xəbərlər