• cümə axşamı, 18 aprel, 21:10
  • Baku Bakı 21°C

İtaliya çempionatı: “İnter” klubu uğursuzluq zolağından çıxa bilmir

22.01.18 09:50 692
İtaliya çempionatı: “İnter” klubu uğursuzluq zolağından çıxa bilmir
Yanvarın 21-də futbol üzrə İtaliya çempionatında 21-ci turun növbəti görüşləri keçirilib.
AZƏRTACxəbər verir ki, turun mərkəzi matçı Milan şəhərində "İnter” ilə "Roma” klubları arasında oynanılıb. Son oyunlarda uğursuz nəticələr əldə edən "İnter” klubu bu dəfə də qələbə qazana bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Roma” klubu Əl Şəravinin vurduğu qolla ilk hissəni hesabda irəlidə bitirib. Matçın 86-cı dəqiqəsində isə Vesino "İnter”in bərabərlik qolunu vurub.
Bu nəticədən sonra "İnter” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Roma” klubu isə 40 xalla beşincidir.
banner

Oxşar Xəbərlər