• şənbə, 20 Aprel, 06:03
  • Baku Bakı 14°C

"İtaliya Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlıdır"

23.02.20 11:21 1038
"İtaliya Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlıdır"
"Azərbaycan Prezidenti İlham Əliyevin Romaya səfəri, keçirilən görüşlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyindən xəbər verir”. BunuSİA-ya açıqlamasında açıqlamasında politoloq Zaur Məmmədov deyib.
İtaliya ilə Azərbaycanın mühüm strateji tərəfdaş olduğunu deyən politoloq söyləyib ki, Azərbaycan İtaliya üçün enerji və coğrafi potensialı ilə cəlbedicidir.
O bildirib ki, İtaliya qlobal geosiyasi proseslərdə çox vacib bir geosiyasi oyunçudur və onun beynəlxalq təşkilatlarda dünyanın aparıcı ölkələri arasında həmişə mühüm rol oynaması təsadüfi deyil: "Azərbaycan müstəqillik qazandıqdan sonra İtaliya ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. "Əsrin Müqaviləsi” imzalanandan sonra enerji sahəsində iqtisadi münasibətlər daha da güclənib və nəticə etibarilə bu gün İtaliya Azərbaycanın xarici ticarətində bir nömrəli ticarət tərəfdaşıdır”.
Z. Məmmədov qeyd edib ki, İtaliya həm də Avropa İttifaqının əsas ölkələrindən biridir: "İtaliyalı Avropa ölkələri arasında xüsusi çəkiyə malik ölkədir. Bu baxımdan İtaliya Azərbaycanın müxtəlif Avropa təsisatları, o cümlədən AB, Avropa Şurası ilə münasibətlərinə müsbət təsir göstərə bilər”.
Ekspert Prezident İlham Əliyevin Romaya səfəri zamanı Azərbaycanla İtaliya arasında imzalanan mühüm sənədlər arasında ölkələrin bir-birlərinin ərazi bütövlüyünü tanımasını özündə ehtiva edən Birgə Bəyynaməni xüsusi vurğulayaraq deyib ki, bu, İtaliyanın Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini göstərir”.
banner

Oxşar Xəbərlər