• cümə axşamı, 02 may, 01:34
  • Baku Bakı 15°C

İtaliya-Azərbaycan biznes forumu keçirilib

14.06.16 18:19 1008
İtaliya-Azərbaycan biznes forumu keçirilib
İyunun 13-də İtaliyanın Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilib.
Forumda Azərbaycan tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, infrastruktur, logistika, kənd təsərrüfatı, tibb və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib, Azərbaycanın sənaye parkları, italiyalı iş adamları üçün maraq doğuracaq potensial investisiya layihələri, investorlar üçün təklif edilən güzəştlər barədə məlumat verib.
Biznes forum hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
banner

Oxşar Xəbərlər