• cümə, 29 Mart, 15:14
  • Baku Bakı 14°C

İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir

27.07.19 10:15 8549
İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir
İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir. Son 10 il ərzində öz 100 illik yubileyini qeyd edən italyanların sayı 11 mindən 14 min nəfərə çatıb. Ölkənin 1112 sakininin yaşı 105-i keçib.
AZƏRTACxarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, bu göstəricilər İtaliyanın "Istat” Milli Statistika İnstitutunun dərc etdiyi "Cent'anni e non sentirli” hesabatından götürülüb.
2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İtaliyada yaşı 100-ü keçən 14456 insan yaşayır. Onların 84 faizini qadınlar təşkil edir.
2009-2019-cu illər arası dövrdə yaşı 110-a çatan və yuxarı olan 125 nəfərin 93 faizi qadınlardır.
İtaliya Avropa məkanında Fransa ilə yanaşı, yaşı 100-dən yuxarı uzunömürlülərin sayına görə rekord vurub.
Uzunömürlülərin əksəriyyəti Şimali İtaliyada yaşayır. Həmin tarixdə uzunömürlülərin daimi əhalinin ümumi sayına nisbətinin ən yüksək olduğu region Liquriyadır (hər 100 min nəfərə 3,3). Sonrakı yerləri Friuli-Venesiya-Culiya (hər 100 min nəfərə 3,0) və Molize (hər 100 min nəfərə 2,6) tutur.
banner

Oxşar Xəbərlər