• cümə, 29 Mart, 12:32
  • Baku Bakı 14°C

İtaliya Avro-2020-nin təxirə salınmasını istəyir

06.03.20 13:07 1030
İtaliya Avro-2020-nin təxirə salınmasını istəyir
İtalyan Futbolçular Assosiasiyasının prezidenti Damiano Tomazzi Avropa çempionatının təxirə salınmasını istəyir.
Kaspi.az xəbər verir ki, o hesab edir ki, Avropa çempionatının keçirmək böyük risk olardı:
"UEFA çempionatın təxirə salınması ilə bağlı məsələni müzakirə etməlidir. Milli çempionatlarda xeyli oyunlar təxirə salınıb.
Bu qarşılaşmaları keçirtmək üçün əlavə vaxta ehtiyac var. Axı koronavirus təkcə İtaliyanın problemi deyil.
A seriyasında oyunlar azarkeşlərsiz keçirilir. Futbolçuların bir çoxu narahatdır. Biz bütün zəruri tədbirləri görürük.
Amma futbolçular meydana çıxarkən risk etməli olurlar. Ən qorxulusu odur ki, bir futbolçuda koronavirus tapılsa, bütün komanda karantinə yollanmalıdır”.
banner

Oxşar Xəbərlər