• cümə axşamı, 28 mart, 19:03
  • Baku Bakı 13°C

İtaliya 10 milyona məşqçi axtarır

10.01.18 14:55 701
İtaliya 10 milyona məşqçi axtarır
İtaliya yığmasında baş məşqçi məsələsi hələ də həllini tapmayıb.
Kaspi.az xəbər verir ki, İtaliya Futbol Federasiyası yığmanın munduala vəsiqə qazana bilməməyindən dərs çıxarıb. Federasiya bu halın bir daha yaşanmamasına çalışır.
Buna görə də yüksək səviyyəli məşqçi ilə anlaşmağı planlaşdırırlar. Federasiya baş məşqçi üçün sanballı büdcə də ayırıb. İtaliya yığmasının yeni baş məşqçisinə 2 illik müqaviləyə görə 10 milyon avro ödəniləcək.
Bu posta ən real namizəd "Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti hesab olunur.
banner

Oxşar Xəbərlər