• cümə axşamı, 18 aprel, 12:35
  • Baku Bakı 22°C

“İt gəzdirən xanım” mövsümün sonuncu tamaşası olacaq

09.07.18 10:45 630
“İt gəzdirən xanım” mövsümün sonuncu tamaşası olacaq
Bu il Azərbaycan Dövlət Pantomima Teatrı üçün məhsuldar il olub. Belə ki, hər mövsüm olduğu kimi bu mövsümdə də yeni tamaşalar hazırlanaraq teatrsevərlərin ixtiyarına verilib.
Teatrın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, sənət ocağı iyulun 15-də mövsümü A.P.Çexovun "İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə bağlayacaq.
Nümayiş olunacaq səhnə əsəri Leyla Atayevanın quruluşunda izləniləcək. Səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.
banner

Oxşar Xəbərlər