• cümə, 26 Aprel, 18:44
  • Baku Bakı 22°C

İsveçrədə dağ xizəkçiliyi kurortunda 10 nəfər qar uçqunun altında qalıb

19.01.21 10:45 347
İsveçrədə dağ xizəkçiliyi kurortunda 10 nəfər qar uçqunun altında qalıb
İsveçrənin "Verbier” dağ xizəkçiliyi kurortunda 10 nəfər qar uçqunun altında qalıb.
APATASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilib.
Qeyd edilib ki, uçqun xizək yolunun kənarında baş verib. Nəticədə bir xizəkçi ölüb, digəri yaralanıb. Ölən şəxsin Britaniya vətəndaşı olduğu bildirilib.
Əraziyə xilasedicilər cəlb edilib. Prokurorluq hadisə ilə əlaqədar istintaq başladıb.
banner

Oxşar Xəbərlər