• cümə, 19 Aprel, 09:26
  • Baku Bakı 13°C

İsveçrə Yanukoviçin 200 milyon dollarını dondurdu

05.05.14 12:51 1827
İsveçrə Yanukoviçin 200 milyon dollarını dondurdu
"Röyter” agentliyin xəbər verir ki, İsveçrə orqanları Viktor Yanukoviçə məxsus 173 milyon İsveçrə frankını (193 milyon dollardan çox) və səhmləri dondurub.
Bu qərarın çirkli pulların yuyulması və varlıqları şübhəli bilinən 5 şəxsə qarşı araşdırma ilə bağlı verildiyi bildirilib.
İsveçrə Ukrayna vətəndaşlarına sanksiyaları ilk olaraq fevralın sonlarında başlatdığını açıqlayıb. Daha sonra Azarovun və keçmiş məmurların, Baş nazirin müavini Sergey Arbuzov, Daxili İşlər naziri Vitali Zaxarçenko və Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevin hesablarının dondurulacağı bildirilib. Növbəti mərhələdə Viktor Yanukoviçin oğullarının, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Yakimenko, Baş nazir Nikolay Azarov və keçmiş Baş prokurur Viktor Pşonka daxil olmaqla 9 məmurun bank hesabı dondurulub.
İsveçrə mart ayında köhnə Ukrayna hökumətinə qarşı sanksiyaları Avropa Birliyinə təqdim edib. Burada Viktor Yanukoviç də olmaqla 18 məmurun adı yer alıb. İsveçrədən sonra ukraynalı məmurlara Böyük Britaniya, Hollandiya və Latviya da sanksiyalar tətbiq etməyə başlayıb./axar.az/
banner

Oxşar Xəbərlər