AZE | RUS | ENG |

İsveçrə portalında “Nəsimi – sülh şairi” sərlövhəli məqalə yerləşdirilib

İsveçrə portalında “Nəsimi – sülh şairi” sərlövhəli məqalə yerləşdirilib
İsveçrənin www.zeitung.ch  portalında "Nəsimi – sülh şairi” sərlövhəli məqalə yerləşdirilib. Məqalənin müəllifi portalın oxucularından Merlinda Dautidir. O, 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan olunduğunu yazıb. İsveçrəli oxuculara Nəsimini təqdim edən müəllif şairin orta əsrlərdə Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya gəldiyini bildirir. Vurğulayır ki, Nəsiminin ana dilində yaratdığı ədəbi irsi 20 min beytdən çoxdur.
 
Məqalədə Nəsiminin ədəbi-fəlsəfi görüşü, yaşadığı dövr üçün olduqca mütərəqqi humanist düşüncələri və mühafizəkarlar tərəfindən təqib olunması barədə fikirlər yer alıb. Qeyd edilir ki, Nəsimini mövcud sistemə qarşı təhlükə hesab edən dini təbəqənin fitvası ilə şair edam olunub. Lakin bu, Nəsiminin daha da tanınmasına, ideya və əsərlərinin müxtəlif ölkələrə yayılmasına əngəl olmayıb. Onun şeirləri, fəlsəfi ideya və dünyagörüşü insanları ortaq dəyərlər və sülh naminə birləşməyə səsləyir və bu gün də aktualdır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966