• cümə, 19 Aprel, 09:14
  • Baku Bakı 13°C

İsveçrə istehsalı olan “Haydi” filmi nümayiş etdirilib

16.03.18 09:10 806
İsveçrə istehsalı olan “Haydi” filmi nümayiş etdirilib
İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami yurdunda isveçrəli kinematoqrafçıların istehsal etdikləri "Haydi” filmi nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayişdən öncə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi Həsən Məmmədov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Nizami yurdunun sürətlə inkişaf etdiyini bildirib. Gəncədə beynəlxalq tədbirlərin ən yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin mövcud olduğunu xüsusi vurğulayan Həsən Məmmədov səfirlik tərəfindən təşkil olunan layihələrin də uğurlar həyata keçiriləcəyini deyib.
İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Liliana Pesçini Gəncədə olduğundan məmnunluq hissi duyduğunu bildirib. Qədim tarixə və mədəniyyətə malik Nizami yurdunda iki layihənin həyata keçirildiyini deyən Liliana Pesçini İsveçrənin zəngin tarixini nümayiş etdirmək üçün Gəncə şəhərinin seçilməsinin heç də təsadüfi olmadığını qeyd edib.
Məlumat verilib ki, "Spielfilm”in istehsalı olan ekran əsəri İsveçrə yazıçısı İohan Spirin "Haydi” adlı povesti əsasında çəkilib. Film körpəlikdən yetim qalan və İsveçrənin Alp dağlarında babasının yanında yaşayan azyaşlı qız Haydinin həyatından bəhs edir. Uşaqlar üçün nəzərdə tutulan əsər dəfələrlə dünya kinematoqrafçıları və animasiyaçıları tərəfindən müxtəlif variantlarda ekranlaşdırılıb və hər dəfə də geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Daha sonra filmin nümayişi olub.
Qeyd edək ki, martın 16-da isə İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyi tərəfindən Məhsəti Gəncəvi Mərkəzində təşkil olunacaq sərgidə Şedrik Kristofer Merklinin 36 əsəri nümayiş olunacaq. Sərgidəki şəkillər İsveçrədə keçirilən "Pendir bölüşməsi” layihəsini tərənnüm edəcək.
banner

Oxşar Xəbərlər