• cümə axşamı, 28 mart, 14:20
  • Baku Bakı 16°C

İsveçlilər onun başını daz qırxdılar

14.11.17 12:35 1012
İsveçlilər onun başını daz qırxdılar
İsveç yığmasının müdafiəçisi Andreas Qrankvist İtaliya ilə oyundan sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Qrankvist qarşılaşmadan əvvəl komanda üzvlərinə söz veribmiş ki, mundiala vəsiqə qazansalar, başının daz qırxılmasına icazə verəcək. Qarşılaşmadan sonra isveçli futbolçular onu saçından məhrum ediblər:
"Qürur duyuram. Bu, dünya çempionatında oynamaq üçün son şansım idi. Karyeramı Rusiyada keçiriləcək mundialdan sonra bitirmək möhtəşəm olacaq.
Uşaqlara demişdim ki, mundiala vəsiqə qazana bilsək, başımı daz qırxa bilərlər. Düşünürdüm ki, artıq bunu yaddan çıxarıblar. Ancaq paltardəyişmə otağında məni saçdan məhrum etdilər”.
İsveç pley-offda 2 oyunun nəticəsinə əsasən İtaliyaya qalib gəlib – 1:0, 0:0.
banner

Oxşar Xəbərlər