AZE | RUS | ENG |

İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub

İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub
İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) 28 May - Respublika Günü münasibətilə Stokholmda konsert təşkil edib.
 
AZƏRTAC xəbər verir ki, Stokholmdakı Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporunun, KİV nümayəndələrinin də qatıldığı tədbir digər ölkələrin diaspor nümayəndələrinin və yerli ictimaiyyətin də böyük marağına səbəb olub.
 
Konsertdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İsveç, Türkiyə, Belarus, Fransa, Estoniya və Danimarkanı təmsil edən müxtəlif musiqi və rəqs qrupları da iştirak edib.
 
Konsertin aparıcısı tədbirin mahiyyətindən söz açaraq qeyd edib ki, konsert Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunub.
Azərbaycanın milli rəqsləri ilə başlayan konsertdə İsveç-Azərbaycan Dərnəyinin "Qarabağ” adlı uşaq rəqs qrupu tədbir iştirakçılarına təqdim olunub. Bildirilib ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ uzun illərdir işğal edilib. Bu torpaqlarda yaşamış minlərlə balaca heç bir uşağın layiq olmadığı məhrumiyyətləri və əzabları yaşamağa məcbur olub. Buna görə də uşaq rəqs qrupunun adı "Qarabağ” qoyulub.
 
Sonra "Qarabağ” rəqs qrupu "Naz eləmə”, "Şuşa”, "Uzun dərə” və "Nəlbəki” rəqslərimizi nümayiş etdirib.
 
İsveçli və azərbaycanlı uşaqların "Azərbaycan”, "Sarı gəlin”, "Şən Azərbaycan” mahnılarını birgə ifa etmələri isə böyük marağa səbəb olub.
Qeyd edək ki, tədbir çərçivəsində İsveçdə yaşayan həmyerlimiz Minaya Əzizbəyovanın dekupaj stilində əl işləri və dekorativ tətbiqi sənət ustası-rəssam Kəmalə Kərimova-Yansonun Azərbaycanın milli qadın geyimlərindən ibarət əl işlərinin sərgisi də nümayiş olunub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299