• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib

22.02.18 12:30 449
İsveçdə Azərbaycanla bağlı sərgi keçirlib
İsveç Krallığının Partille rayonunda Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi keçirilib. Bu haqda gənc siyasətçi, İsveçin Mərkəz Partiyasının (Centerparti) üzvü Turan Əliyev məlumat verib.
Azərbaycanlı müəllimə Sona Zahidova və şagirdlər tərəfindən təşkil edilən sərgidə Azərbaycan haqqında kitablar, şəkillər, milli paltarlarımız nümayiş olunub. Bütün bunlar sərgiyə gələnlərin marağına səbəb olub. Tədbirdə iştirak edənlərə Azərbaycan dilinin zənginliyi və ölkəmiz haqqında şifahi məlumat verilib. Sonda şagirdlərin şeir çıxışları olub.
Qeyd edək ki, Partille rayonunda həftədə 1 gün Azərbaycan dili dərsi tədris edilir.
banner

Oxşar Xəbərlər