• cümə, 26 Aprel, 17:35
  • Baku Bakı 23°C

İstirahət günlərinin hava proqnozu açıqlanıb

20.07.18 17:02 530
İstirahət günlərinin hava proqnozu açıqlanıb
Azərbaycanda istirahət günlərininhavaproqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılırki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılıb ki, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Aran rayonlarındahavaşəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-dahavaşəraitinin yağmursuz keçəcəyi gözlənilir.Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, yaxın 2 gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın maksimal temperaturu 28-32 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər