• cümə axşamı, 28 mart, 12:56
  • Baku Bakı 16°C

İstirahət günləri ölkədə 10 yol qəzası - 6 ölən, 16 yaralı

05.02.18 11:40 851
İstirahət günləri ölkədə 10 yol qəzası - 6 ölən, 16 yaralı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 39-u "isti izlər”lə açılıb.
Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Həmçinin, respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb."
banner

Oxşar Xəbərlər