• cümə, 29 Mart, 11:26
  • Baku Bakı 5°C

İstirahət günləri cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

26.02.18 10:40 683
İstirahət günləri cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 243 cinayət faktı qeydə alınıb, onların da 41-i "isti izlər”lə açılıb.
Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 15-nin açılması təmin olunub.
Qeyd olunur ki, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb".
banner

Oxşar Xəbərlər