AZE | RUS | ENG |

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq
Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabı nəşr olunub. 
Son iki əsrdə milli məfkurəni, özü­nüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, prosseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitab­da öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir. 
Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” qəzeti və "Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı Veysəloğlu Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.
Qeyd edək ki, kitabın təqdimat mərasimi mayın 24-də saat 11-də BMM-də baş tutacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311