• cümə axşamı, 28 mart, 18:42
  • Baku Bakı 13°C

İstilər qayıdır - Proqnoz

25.08.14 13:14 1020
İstilər qayıdır - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, Bakıda isti küləklər, cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Belə hava şəraiti bu həftənin sonunadək davam edəcək.
Avqustun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, qeyd olunub ki, avqustun 30-dək Abşeron yarımadasında isti temperatur diskomfortu, zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında açıq havada uzun müddət qalmaq məsləhət deyil.
banner

Oxşar Xəbərlər