AZE | RUS | ENG |


İsti havalarda çölə çıxarkən bir daha fikirləşin

İsti  havalarda çölə çıxarkən bir daha fikirləşin
Son illər dünyanın əksər ölkələrində yay aylarında havanın temperaturu anormal dərəcədə artır. Çox isti havalardan ən çox ürək-damar xəstələri və eləcə də hipertoniyalı, diabetli, astmalı xəstələr, hamilələr, kök insanlar, uşaqlar, böyrək catışmazlığı olan xəstələr və 65 yaşdan yuxarı insanlar qorunmalıdır. 
1995-ci ildə ABŞ-ın Çikaqo şəhərində iyul ayında 45 dərəcəyə yaxın istilik və havanın rütubətliliyinin yüksək olması qeydə alındı.  Araşdırmalar nəticəsində bir həftə ərzində 700-ə yaxın insan ölümünün məhz yüksək temperatura bağlı olduğu müəyyən edildi. Bu ölümlərin çoxu ürək xəstəliyi olan yaşlı insanlarda olmuşdu.  Avropa ölkəsi olan Fransada 2003-cü ilin avqust ayında havanın çox isti və rütubətli olması 12000 insanın ölümünə səbəb olmuşdu. Çox isti havalar nəticəsində ölənlərin çoxu yaşlı ürək xəstələri idi.  Asiya ölkəsi olan Hindistanda isə 2015-ci ilin may ayında havanın çox isti olması nəticəsində 2200  nəfər insan ölmüşdü.

Havanın temperaturu artdıqca istiləşən bədəni sərinlətmək üçün bədənimiz dəriyə daha çox qan göndərməyə və dəridəki bütün damarları genişləndirməyə çalışır. Bu yolla və eləcə də tərləməklə bədənimiz istiliyi dəridən çölə verməyə çalışır. Bütün orqanlar kimi dəriyə də qanı  ürəyimiz göndərdiyi üçün ürəyimiz daha çox iş görür. Nəticədə ürəyin yığılma gücü və yığılma sürəti, yəni ürəyin yükü və gərginliyi artır. Ayrıca, isti havalarda tərləməklə su və bədənimiz üçün lazımlı elementlər itirilir.  Bütün bunlar nəticəsində infarkt keçirmə və ya ölümlə nəticələnən ciddi aritmiyaların ortaya çıxma riski artır. Ayrıca, bədənimiz su itirdiyi üçün halsızlıq, yorğunluq və baş ağrısı şikayətləri ortaya çıxar. Havanın rütubətliliyi artdıqca biz havanın temperaturunu daha çox hiss edirik. Məsələn, havanın temperaturu 35 dərəcədirsə, çox rütubətli havada biz bunu sanki 40 dərəcə imiş kimi hiss edirik. 

İsti havaların ən çox təsir etdiyi xəstələrdən biri də hipertoniyalı xəstələrdir. Çünki bu xəstələrin istifadə etdikləri dərmanların bir qismi idrar qovucu dərmanlardır. İdrar qovucu dərmanlarla yanaşı, yüksək temperatura bağlı çox tərləməklə bədəndən su itirildiyi zaman hipertoniyalı xəstələrin təzyiqləri birdən-birə çox aşağı düşə bilir. Ona görə də bu xəstələr isti havalarda xüsusilə diqqətli olmalıdırlar.

İsti havaların təsirinə məruz qalmamaq üçün bəzi tədbirləri görməyiniz kifayətdir. Gün içində mümkün olduqca günəş altında olmaq yerinə ev, bina və ya ofis içində olmağınız daha məsləhətlidir. İş yerlərinin və ya ofislərin havalandırma sistemləri mutləq işləməlidir. Kondisionerin temperatur dərəcəsini 24-26 dərəcə arasında tutun.  Filtrlərini  ve içini  müntəzəm səkildə təmizlətdirin. Saat 11:00– 17:00 arasında mümkün olduqca çölə çıxmayın. Bədəni çox sıxmayan, sintetik olmayan,  incə, yüngül və xüsusiilə də günəş şualarını keçirməyən açıq rəngli paltarlar geyinin. Gün boyu ən azı 2,5-3 litr su içilməlidir. Kofeinli və ya şirin içkilərin yerinə sadə su, qazlı və ya qazsız mineral sular daha çox istifadə edilməlidir. Yaş artdıqca insanların susuzluq hissiyyatı azaldığı üçün yaşlı xəstələr daha az su içirlər. Ancaq hər hansı ürək xəstəliyi səbəbilə çox su içməməyiniz lazımdırsa, bunu həkiminizlə məsləhətləşin. 

Təbii ki, rahat yatmaq da onəmlidir. Yay aylarında daha rahat yatmaq üçün axşam yeməyi ilə yatmaq arasında ən azı 2-3 saat ara olmalıdır. Gecə yatmazdan əvvəl kofeinli içkilər (kola, kofe, enerji içkiləri) mümkün olduqca içilməməlidir. Mümkündürsə, axşam yemək menyusunda qızardılmış, çox yağlı, çox acılı və çox ədviyyatlı yeməklər olmamalıdır. Yataq dəstlərinin, yastıq və döşək üzlərinin pambıqdan olması daha məsləhətlidir. Yastığınızın içinin hava axınına imkan verən təbii və ya xüsusi sintetik maddələrdən olmasına diqqət yetirin. 

Uzm. Dr. Yalçın Velibey
Kardiologiya uzmanı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202