• cümə axşamı, 18 aprel, 21:50
  • Baku Bakı 21°C

İsti hava meteohəssas insanlarda narahatlıq yaradacaq

14.07.17 12:30 787
İsti hava meteohəssas insanlarda narahatlıq yaradacaq
İyulun 15-də Bakı və Abşeron yarımadasındahavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 19-21° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,
Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər