• cümə, 29 Mart, 03:42
  • Baku Bakı 7°C

İstərdik ki, BMT TŞ qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli yanaşsın

30.11.18 14:45 641
İstərdik ki, BMT TŞ qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli yanaşsın
Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Z.Əsgərov qeyd edib ki, bu məsələdə Azərbaycan dövləti və Prezidenti də maraqlıdır: "Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir. Azərbaycan dövləti burada öz sülhsevərliyini göstərir. İstərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli və ciddi yanaşsın”.
banner

Oxşar Xəbərlər