• cümə axşamı, 25 aprel, 15:39
  • Baku Bakı 23°C

İstehlakçıların aldadılmasının qarşısı alınıb

13.05.14 15:55 1178
İstehlakçıların aldadılmasının qarşısı alınıb
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 33 ünvanında fiziki şəxs Musayev Ziya Hüseyn oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, mağazanın vitrin pəncərəsində “80 faiz endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan bütün malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş Ziya Musayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
banner

Oxşar Xəbərlər